İnyestadan transfer qərarı

15:49 - 1 Yanvar 2020

Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta gələn təklifləri qəbul etmir.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu Argentinanın "Estudyantes" klubunun, MLS təmsilçiləri - "Los Anceles Qalaksi", "Sittl Sounders" və "İnter Mayami"nin təklifini rədd edib. 35 yaşlı yarımmüdafiəçi müqaviləsi başa çatana qədər Yaponiyada qalmaq fikrindədir.

 

İnyesta ötən il 25 oyuna 7 qol vurub, 6 assist edib.

Xəbər xətti