Türkiyəli futbolçunun evi Fransada qarət edildi

16:16 - 1 Yanvar 2020

Fransanın "Lill" klubunun türkiyəli futbolçusu Yusuf Yazıçının evi qarət edilib.

 

Sportal.az xəbər verir ki, hadisə Lill şəhərində baş verib. 22 yaşlı futbolçu zədəsinin müalicəsi üçün Türkiyəyə qayıtdığı üçün evində heç kim olmayıb. Oğrular evi soymaqla yanaşı, futbolçunun maşınını da oğurlayıb.

 

Fransa polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

 

Yusuf Yazıcı diz bağları qopduğu üçün mövsümü başa vurub.

Xəbər xətti