"Boka Xuniors"un yeni baş məşqçisi müəyyənləşdi

16:47 - 1 Yanvar 2020

Argentinanın "Boka Xuniors" klubunun yeni baş məşqçisi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, komandanı bundan sonra Migel Anxel Russo çalışdıracaq. 63 yaşlı mütəxəssis bu vəzifədə Qustavo Alfaronu əvəz edib.

 

Son iş yeri "Serro Porteno" olan argentinalı mütəxəssis 2007-ci ildə də "Boka Xuniors"un baş məşqçisi olmuşdu.

Xəbər xətti