PSJ-nin Eriksen planı

13:47 - 3 Yanvar 2020

Mövsümün sonunda "Tottenhem"lə müqaviləsi başa çatacaq Kristian Eriksen daha bir klubun transfer hədəfindədir.

 

Sportal.az xəbər verir ki, danimarkalı futbolçunu transfer etmək istəyən klubların yarışına PSJ də qatılıb. Paris təmsilçisi 27 yaşlı futbolçuya illik 12 milyon avro maaş təklif edib. Eriksen şərtləri qəbul etsə, onunla 2025-ci ilə kimi müqavilə imzalanacaq.

 

Eriksen 2013-cü ildə "Ayaks"dan 13,5 milyon avro qarşılığında "Tottenhem"ə keçmişdi.

 

Xəbər xətti