"Keşlə"nin rəqibləri müəyyənləşdi

22:51 - 3 Yanvar 2020

Yanvarın 12-dən 24-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək "Keşlə"nin yoxlama oyunlarındakı rəqibləri bilinib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Antalyadakı ilk sınağında Almaniyanın III Bundesliqasında çıxış edən "Tsvikkau" ilə qarılaşacaq. Görüş yanvarın 17-də olacaq. Tərlan Əhmədovun komandası bu matçdan 5 gün sonra Tula "Arsenal"ı ilə qüvvəsini sınayacaq.

 

"Keşlə" Antalyada son oyununu yanvarın 24-də Slovakiyanın yüksək liqasında mübarizə aparan "Zemplin" komandasına qarşı keçirəcək.

Xəbər xətti