"Qalatasaray"dan Arda Turanın transferi ilə bağlı açıqlama

00:20 - 4 Yanvar 2020

"Qalatasaray"ın prezindenti Mustafa Cengiz "Başakşəhər"də çıxış edən Arda Turanı transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanmadıqlarını deyib. O, komandaya uzun müddət xeyir verə biləcək və qazanc götürəcəkləri oyunçu axtardıqlarını deyib.

 

Arda Turan 2004-2011-ci illərdə "Qalatasaray"da oynayıb. "Başakşəhər" Türkiyə millisinin sabiq üzvünü "Barselona"dan icarəyə götürüb.

Xəbər xətti