Sabiq "Neftçi"li Prosineçkinin yanına getdi

23:33 - 3 Yanvar 2020

Robert Prosineçkinin "Kayserispor"dakı köməkçiləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Qordan Çipriç, Draqan Spaşiç və Boban Baykoviç xorvatiyalı mütəxəssisin köməkçiləri olacaq.

 

34 yaşlı Baykoviç 2016/2017 mövsümün "Neftçi"də keçirmişdi. Serbiyalı qapıçı "ağ-qaralar"dan ayrıldıqdan sonra karyerasını bitirmişdi.

 

Baykoviç "Kayserispor"da qapıçılar üzrə məşqçi olacaq. O, təyinatı ilə bağlı bunları deyib: "Prosineçki məni də unutmadı. Dəvət alan kimi məndən birgə çalışıb-çalışmayacağımı soruşdu. Prosineçkinin dəvətinə kim yox deyər?!"

Xəbər xətti