Van Bronkhorst Çin klubunda

12:52 - 4 Yanvar 2020

Niderland millisinin sabiq futbolçusu Covanni van Bronkhorst Çinin "Quançjou Fuli" klubunun baş məşqçisi təyin edilib.

 

Sportal.az xəbər verir ki, klubun saytı 44 yaşlı mütəxəssislə imzalanan müqavilənin şərtlərini açıqlamayıb.

 

Van Bronkhorst 2011-2019-cu illərdə "Feynoord"da çalışıb. O, 2015-ci ildə Rotterdam təmsilçisinin baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti