Marko Deviç Serbiya klubundan ayrıldı

14:10 - 4 Yanvar 2020

Ötən mövsüm “Sabah”da oynamış Marko Deviç Serbiyanın “Vojdovats” klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, serbiya əsilli forvard klubla müqaviləsinə qarşılıqlı razılaşma əsasında ləğv edib.

 

36 yaşlı hücumçu yayda transfer olduğu komandada 12 oyuna 4 qol vurub və 1 assist etmişdi. Deviçin məşqçi karyerasına başlayacağı gözlənilir.

Xəbər xətti