Balayevin rəqibi ilə yeni müqavilə

13:38 - 6 Yanvar 2020

Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi Qazaxıstanın "Tobol" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Kostanay təsmsilçisi digər qapıçısı Sultan Busurmanovla 1 illik müqavilə imzalayıb.

 

Busmanov ötən mövsüm Emil Balayevin əvəzləyicisi olub.

 

"Tobol" daha öncə qazaxıstanlı qapıçı İqor Şatskiyi transfer etmişdi. Emil Balayevin "Tobol"dan ayrılacağı iddiaları var.

Xəbər xətti