"Malmö"də Tomasson dönəmi

13:54 - 6 Yanvar 2020

Danimarkalı məşqçi Yon Dal Tomassonun yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis İsveçin “Malmö” klubunun baş məşqçisi təyin edilib. O, bu vəzifədə almaniyalı Uve Rösleri əvəzləyib.

 

Tomasson 2016-2020-ci illərdə Danimarka millisində köməkçi məşqçi olub. Məşhur veteran futbolçu daha öncə "Roda" və "Ekselsior" klublarını çalışdırıb.

Xəbər xətti