Traore "Real"a keçə bilər

14:38 - 6 Yanvar 2020

İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"da son zamanlar oyunu ilə diqqət çəkən Adama Traore ilə bağlı transfer iddiası yayılıb.

 

Sportal.az xəbər verir ki, Mali əsilli ispan futbolçu Madrid "Real"ına transfer ola bilər. 23 yaşlı vinger İspaniyaya qayıtmağa müsbət yanaşır. Onun sərbəsrt qalma dəyəri 70 milyon funt-sterlinqdir.

 

Traore 2013/24 mövsümündə "Barselona"da 1 oyun keçirib. O, 2015-ci ildən "Aston Villa"ya, ardınca "Midlzbro"ya, 2018-ci ildə isə "Vulverhempton"a keçib. Traore bu mövsüm 19 oyuna 4 qol vurub, 4 assist edib.

Xəbər xətti