Bordinin bəyənmədiyi futbolçu "Qalatasaray"a keçir

00:30 - 8 Yanvar 2020

"Qalatasaray" yeni transferə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu "Əskişəhərspor"un sağ cinah oyunçusu Jesse Sekidikanı heyətinə cəlb etmək üzrədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, "sarı-qırmızılar"ın baş məşqçisi Fatih Terim nigerliyalının keçidinə razılıq verib. Yaxın zamanda transferin rəsmiləşəcəyi gözlənilir.

 

Sekidika ötən ilin qışında ANtalya toplanışı zamanı "Neftçi"də baxışda olsa da, Roberto Bordinin rəhbərlik etdiyi məşqçilər korpusu onun hazırlığından narazı qaldığı üçün komandaya götürməmişdi.

Xəbər xətti