Azərbaycan millisi Niderlanda uduzdu

01:01 - 8 Yanvar 2020

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş Vasif Talıbovun rəhbərlik etdiyi millinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb

 

Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanıa qalib gəlib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).

 

Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.

 

Avropa Təsnifat Turniri
7 yanvar

 

Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu.

Xəbər xətti