Afrikanın ən yaxşı futbolçusu

01:15 - 8 Yanvar 2020

Afrika Futbol Konfederasiyası ilin ən yaxşı futbolçusunu açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Misirin Xurqad şəhərində keçirilən mərasimdə "Liverpul"un seneqallı futbolçusu Sadio Mane mükafata layiq görülüb. 27 yaşlı futbolçu ilk dəfə bu mükafatı qazanıb.

 

O, "Liverpul"dakı komanda yoldaşı misirli Məhəmməd Salahla əlcəzairli Riyad Mahrezi (“Mançester Siti”) qabaqlayıb.

 

Son iki ildə Afrikanın ən yaxşı futbolçusu adına Məhəmməd Salah layiq görülmüşdü.

Xəbər xətti