AFFA-nın nizamnaməsində ediləcək dəyişikliklər

10:52 - 8 Yanvar 2020

AFFA-nın növbədənkənar Konfransı keçirilir.

 

Sportal.az xəbər verir ki, “Bulvar otel”də təşkil olunan yığıncaq saat 10:00-da başlayıb.

 

Konfransın gündəliyində duran əsas məsələ AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılmasıdı. Həmçinin digər məsələlər də nəzərdən keçirilir.

 

Konfransda Nizamnaməyə aşağıdakı dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb:

 

1. AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi;

2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi;

3. Müvafiq müddətlərin müəyyənləşməsi;

4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması;

5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi;

6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi;

7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması;

8. Digər dəyişikliklər.

Xəbər xətti