Stiven Cerrard ayın məşqçisi seçildi

16:16 - 8 Yanvar 2020

Şotlandiya Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu ada "Reyncers"in baş məşqçisi Stiven Cerrard layiq görülüb.

 

Qlazqo təmsilçisi ötən ay 8 oyunun 6-da qalib gəlib, 1-də uduzub. "Reyncers" 19 oyuna 50 xal toplamaqla çempionatın turnir cədvəlində 2-cidir. Lider "Seltik" 1 oyun çox keçirib və 52 xalla 1-ci yerdə qərarlaşıb.

Xəbər xətti