"Beşiktaş" Cenk Tosun üçün "Everton"a təklif yolladı

23:23 - 8 Yanvar 2020

"Everton"da əsas heyətdə möhkəmlənə bilməyən Türkiyə millisinin üzvü Cenk Tosunu göndərməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvardı sabiq klubu "Beşiktaş" icarəyə götürmək istəyir. İstanbul təmsilçisi keçmiş oyunçusunu mövsümün sonuna qədər pulsuz şəkildə icarəyə götürmək üçün Premyer Liqa klubuna təklif göndərib.

 

Cenk Tosun Premyer Liqada qalmaq istəsə də, Avropa çempionatı öncəsi daha çox oynamaq üçün fərqli seçim edə bilər.

 

"Everton" Tosunu 22,5 milyon avroya "Beşiktaş"dan transfer etmişdi.

Xəbər xətti