"Neftçi"nin son rəqibi müəyyənləşdi

15:32 - 9 Yanvar 2020

Yanvarın 11-dən 25-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən “The Sense De Luxe” otelində məskunlaşacaq “Neftçi” PFK-nın təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" yanvarın 24-ü “Emirhan Sports Complex Side”ın stadionunda Ukraynanın “Desna” klubu ilə qarşılaşacaq.

 

Hazırlıq prosesində 3 yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-i Polşanın “LKS Lodz”, 20-si isə Ukraynanın “Dinamo” (Kiyev) klubu ilə də üz-üzə gələcək.

Xəbər xətti