Ramil Şeydayev azarkeşlərə söz verdi: "Hərənizə bir forma göndərəcəm"

15:55 - 9 Yanvar 2020

Moskvanın "Dinamo" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Facebook" hesabında maraqlı paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu ondan forma istəyən azarkeşlərə səslənib:

 

"Mesaj qutusu və rəylərdəki dəstək mesajlarınıza görə nə qədər təşəkkür etsəm, azdır. Forma istəyənlərə isə dərin hörmətimlə demək istəyirəm ki, hər oyundan sonra formaları azarkeşlərə verirəm. Geyim fabriki açan kimi hərənizə bir forma göndərəcəm".

 

Ramil ötən yay "Krılya Sovetov"dan "Dinamo"ya keçib. Onun qış transfer dönəmində paytaxt klubundan ayrılacağı iddiaları var.

Xəbər xətti