Milan klubları futbolçularını dəyişir

11:45 - 10 Yanvar 2020

İtaliyanın "Milan" və "İnter" klubları futbolçuları - Frank Kessi ilə Matteo Politanonu dəyişməyə hazırlaşır.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, "İnter"in baş məşqçisi Antonio Konte bir müddətdir ki, Frank Kessini sərəncamında görmək istəyir. "Göy-qaralar" Fildişi sahili millisinin üzvü üçün Matteo Politanonu qarşı tərəfə verəcək.

 

Kessi bu mövsüm "Milan"da 15 oyuna 1 qol vurub. 23 yaşlı yarımmüdafiəçi 2017-ci ildən "qırmızı-qaralar"da çıxış edir.

 

Politano cari mövsüm 16 oyun keçirib. 26 yaşlı vinger 2018-ci ildən "İnter"də çıxış edir.

Xəbər xətti