"Qəbələ"dən 4 cavabsız qol

17:03 - 10 Yanvar 2020

“Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv I Divizion təmsilçisi MOİK-lə qarşılaşıb.

 

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan matç "Qəbələ"nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Qəbələ" - MOİK - 4:0

Qollar: Ülvi İsgəndərov, 27, Fernan Lopes, 65, Klesio Bauk, 86, Rövlan Muradov, 88.

Xəbər xətti