"Sabah"ın ilk oyununun vaxtı açıqlandı

00:00 - 11 Yanvar 2020

“Sabah”ın Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunun başlama saatı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Macarıstanın “Pakş” klubuna qarşı matç bu gün Bakı vaxtı ilə 18:30-da başlayacaq. Görüş Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində keçiriləcək.

 

Qarşılaşma “Sabah”ın “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti