Dario "Neftçi"nin əvəzedicilərində qol vurdu

14:25 - 15 Yanvar 2020

"Neftçi-2" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, əvəzedicilər “Qaradağ Lökbatan”la qarşılaşıblar. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutmuş görüşdə “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. "Ağ-qaralar" qollarını ikinci komandaya göndərilən və heyətə sonradan qoşulan Dario Frederiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.

 

“Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçiriləcək oyun saat 13:00-da başlanacaq.

Xəbər xətti