"Sumqayıt" "Tufan"la qarşılaşacaq

18:31 - 15 Yanvar 2020

“Sumqayıt”ın əvəzedici komandası I Divizionun ikinci dövrəsi üçün hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri ötən həftədən etibarən hər gün saat 12:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında məşqlərini keçirir.

 

“Sumqayıt-2” sabah hazırlıq dönəmində ilk yoxlama oyununu keçirəcək. Komanda “Tufan”ın 19 yaşadək futbolçularından ibarət heyəti ilə qarşılaşacaq. Oyun saat 12:00-da “Kapital Bank Arena”nın ehtiyat meydançasında keçiriləcək.

Xəbər xətti