Jelko Sopiç: "Doğru yoldayıq"

23:41 - 15 Yanvar 2020

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Rəqib Rumıniyanın “Akademika Klinçeni” komandası olub. Qarşılaşma qolsuz heç-heçə ilə tamamlanıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Jelko Sopiç klubun saytına oyunla bağlı fikirlərini bildirib:

 

“Bu gün sərgilədiyimiz oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı. Rəqibə fərqlənmək üçün çox şans vermədik. Oyunçularımızın zədə almadığına görə də şadam. İkinci hissədə bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Hücum xəttində daha dəqiq olmalıyıq. Ancaq ümumi götürdükdə, sərgilədiyimiz oyundan razı qaldım. Bu, bizim istədiyimiz oyundur. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq”.

Xəbər xətti