Roman Qriqorçuk Azərbaycan millisini çalışdırmayacaq

12:58 - 16 Yanvar 2020

"Astana"dan ayrılan Roman Qriqorçukun Azərbaycan millisinin baş məşqçisi olacağı barədə Ukrayna mətbuatında (sport.ua) iddia yayılıb. Xəbərdə 54 yaşlı mütəxəssisin AFFA ilə danışıq apardığı vurğulanıb. Nəşr Qriqorçukun Azərbaycan millisinin baş məşqçisi olmağa ən yaxşı namizəd olduğunu qeyd edib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, AFFA 54 yaşlı mütəxəssislə danışıq aparmır. Ukraynalı çalışdırıcının Azərbaycan millisinin baş məşqçi təyin edilməsi müzakirə mövzusu olmayıb.

 

Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olub. "Qırmızı-qaralar" ardıcıl iki dəfə (2015/2016, 2016/2017 mövsümlərində) Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər xətti