"Sumqayıt" "Tufan"a qalib gəldi

15:07 - 16 Yanvar 2020

I Divizionun 2-ci dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt”ın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Zaur Hidayətovun yetirmələri “Kapital Bank Arena”nın ehtiyat meydançasında “Tufan”ın U-19 komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

 

“Sumqayıt-2”nin qollarını Fərhad Salamzadə və Elnur Cəfərov rəqib qapısından keçirib.

 

Xəbər xətti