"Lester Siti" Kinqi icarəyə verdi

18:48 - 16 Yanvar 2020

"Lester Siti" yarımmüdafiəçisi Endi Kinqi icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını Çempionşip təmsilçisi "Haddersdild"də davam etdirəcək. Uels millisinin üzvü ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Kinq mövsümün ilk yarısını icarə əsasında Şotlandiya təmsilçisi "Reyncers"də keçirib.

Xəbər xətti