Fərid Nəbiyevin transferi rəsmən açıqlandı

00:22 - 17 Yanvar 2020

Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyev Çex Respublikasında klubunu dəyişib. II Liqa təmsilçisi "Viktoriya Jijkov" 20 yaşlı yarımmüdafiəçini "Slvaiya"dan transfer etdiyini bəyan edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, gənc oyunçu ilə 2,5 illik müqavilə imzalanıb. "Viktoriya Jijkov" bu keçid üçün təzminat ödəməyib. Müqavilənin detallarına əsasən, növbəti satışdan əldə olunan gəlirin 20 faizi həm "Qəbələ"yə, həm də "Slaviya"ya ödəniləcək.

 

"Viktoriya Jijkov"da "Qəbələ"nin digər yetirməsi Samir Qurbanov da çıxış edir.

Xəbər xətti