Millinin baş məşqçisi və kapitanı jurnalistlərin suallarını cavablandıracaq

11:55 - 17 Yanvar 2020

Dünya çempionatının elit-raund mərhələsinin oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandasının yanvarın 18-də, saat 12:00-da “Olimpik Star” idman və əyləncə mərkəzinin futzal zalında mətbuat üçün açıq məşqi keçiriləcək.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, məşqdən 15 dəqiqə əvvəl – saat 11:45-də baş məşqçi Joze Alesio Da Silvanın və kapitan Rizvan Fərzəliyevin iştirakı ilə brifinq təşkil olunacaq.

Xəbər xətti