"Vulverhempton"un Renat Dadaşov üçün ödədiyi transfer məbləği

12:49 - 17 Yanvar 2020

İngiltərənin "Vulverhempton" klubunun ötən yay "Eştoril"dən transfer etdiyi Renat Dadaşovun keçidi üçün ödədiyi təzminat qiyməti müəyyənləşib.

 

Azərbaycan millisinin üzvünün transferi "canavarlar"a 1,5 milyon funt-sterlinqə (təqribən 3,3 milyon manat) başa gəlib. Bu barədə Sportal.az-a "Vulverhempton"un media xidmətində çalışan Tim Spirs məlumat verib.

 

"Vulverhempton" Renat Dadaşovu transfer etdikdən sonra Portuqaliyanın "Pasuş de Ferreyra" klubuna icarəyə vermişdi. 20 yaşlı qış fasiləsində Premyer Liqa klubuna qayıtdı. "Vulverhempton" Dadaşovu yenidən icarəyə vermək üçün klub axtarır.

Xəbər xətti