Podolski Türkiyə klubunda

Almaniya millisinin sabiq hücumçusu Lukaş Podolski Yaponiyanın “Vissel Kobe” klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Polşa əsilli forvard Türkiyəyə qayıdıb. 34 yaşlı futbolçu Super Liqa təmsilçisi "Antalyaspor"la anlaşıb. Təcrübəli futbolçu müqavilə imzalamaq üçün Türkiyəyə gəlib.

 

“Köln”ün yetirməsi “Bayern”, “Arsenal”, “İnter”, “Qalatasaray” kimi klublarda çıxış edib. Podolski 2017-ci ildən “Vissel Kobe”də oynayırdı.

Tarix: 19 Yanvar [14:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2020
24  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio