La Liqa klubunun hücumçusu "Qarabağ"da!

"Qarabağ" hücumçu almağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu İspaniyanın "Leqanes" klubunun hücumçusu Kvabena Ovusunun keçidində anlaşıb. Transferin tezliklə açıqlanacağı gözlənilir.

 

Ovusu yetirməsi olduğu Qananın "Akkra" klubundan "Leqanes"ə 2017-ci ildə keçib. Madrid klubu qanalı hücumçunu 4 dəfə icarəyə verib. 22 yaşlı futbolçu mövsümün ilk yarısını icarə əsasında "Kordoba"da keçirib və 16 oyunda 6 qol vurub.

 

Ovusu Qana yığmasına ötən ildən dəvət alır. O, millidə 3 oyun keçirib və 1 qol vurub.

Tarix: 20 Yanvar [12:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2020
23  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio