"Aston Villa" axtardığı hücumçunu Belçikada tapdı

00:07 - 21 Yanvar 2020

"Aston Villa" yayda 25 milyon avroya transfer etdiyi Vesleyin zədələnməsindən sonra yeni hücumçu alıb.

 

Sportal.az xəbər verir ki, Birmingem təmsilçisi Belçikanın "Genk" klubunun hücumçusu Mbana Samattanın transferində razılığa gəlib. Bu keçid Premyer Liqa klubuna 10 milyon avroya başa gəlib. Komandanın baş məşqçisi Din Smit Tanzaniya yığmasının futbolçusunu "Genk"dən transfer etdiklərini təsdiq edib.

 

Samatta 2016-cı ildən "Genk"də çıxış edirdi. O, bu mövsüm 28 oyunda 10 qol vurub, 2 assist edib.

Xəbər xətti