"Qarabağ"dan İtaliya klubuna keçə bilər

11:11 - 21 Yanvar 2020

“Qarabağ”ın futbolçusu Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər.

 

Sportal.az seriebnews.com-a istinadən xəbər verir ki, mərakeşli müdafiəçi ilə B Seriyasında mübarizə aparan “Benevento” və “Krotone” klubları maraqlanır. Fransanın II Liqa təmsilçisi “Lans” və Türkiyə Super Liqasında yarışan “Rizəspor” da 26 yaşlı futbolçunu transfer hədəfinə alıb.

 

“Qarabağ”la 2021-ci ilin yayına qədər müqaviləsi olan Rerrarsın “Benevento”ya keçməyə daha yaxın olduğu vurğulanıb.

 

Faysal 2019-cu ilin yayında “Qarabağ”la 2 illik müqavilə imzalayıb. O, ağdamlılarda 9 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti