"Sevilya"dan "Los Anceles Qalaksi"yə keçdi

19:42 - 21 Yanvar 2020

"Sevilya"nın hücumçusu Xavyer Ernandes karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az "LA times" nəşrinə istinadən xəbər verir ki, MLS təmsilçisi 31 yaşlı forvardla müqavilə bağlayıb. Transferin şərtləri açıqlanmayıb.

 

"Sevilya" meksikalı hücumçunu ötən yay "Vest Hem"dən 8 milyon avroya transfer etmişdi. Çiçarito ləqəbli futbolçu "Mançester Yunayted", "Real", "Bayer", "Vest Hem" kimi klublarda oynayıb.

 

Javier “Chicharito” Hernandez has joined the L.A. Galaxy.

Xəbər xətti