Əliyar Ağayev “Panatinaikos” – PAOK oyununu idarə edəcək

17:30 - 29 Yanvar 2020

Əliyar Ağayev Yunanıstan Super Liqasının vacib oyununa təyinat alıb.

 

Sportal.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisinin rəhbərlik etdiyi hakimlər briqadası 22-ci tur çərçivəsində keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.

 

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

 

Qarşılaşma fevralın 2-si saat 21:30-da baş tutacaq.

 

Xəbər xətti