"Beşiktaş" Sərgən Yalçını açıqladı

18:22 - 29 Yanvar 2020

Abdullah Avcı ilə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İstanbul klubunu bundan sonra Sərgən Yalçın çalışdıracaq. Mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

 

47 yaşlı məşqçi futbolçu karyerasına "Beşiktaş"da başlayıb. O, 1991/1997 və 2002-2006-cı illərdə "qara qartallar"da oynayıb.

Xəbər xətti