"Liverpul"un qarşısında duran tapılmır - VİDEO

01:45 - 30 Yanvar 2020

İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportal.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Vest Hem"ə 2:0 hesabı ilə qalib gəlib.

 

"Qırmızılar" 24 oyunun 23-də qalib gəlib, 1-də heç-heçə edib. Yurgen Kloppun rəhbərlik etdiyi komanda 70 xalla çempionatın turnir cədvəlində 1-cidir. Mersisaydlılar ən yaxın izləyicisi "Mançester Siti"ni 19 xal qabaqlayır.

 

"Vest Hem" - "Liverpul" - 0:2

Qollar: Məhəmməd Salah, 35 (pen.), Aleks Oksleyd-Çemberleyn, 52

 

Xəbər xətti