"Mançester Siti" finala məğlubiyyətlə yüksəldi - VİDEO

11:54 - 30 Yanvar 2020

İngiltərə Liqa kubokunda yarımfinala yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Mançester Siti" ilk oyunda qalib gəldiyi (3:1) "Mançester Yunayted"i evdə qəbul edib. "Şəhərlilər" 0:1 hesabı ilə uduzsa da, iki oyunun nəticəsinə görə, finala yüksəlib.

 

"Mançester Siti"nin həlledici oyunda rəqibi "Aston Villa" olacaq. Final martın 1-i keçiriləcək.

 

"Mançester Siti" - "Mançester Yunayted" - 0:1 (İlk oyun: 3:1)

Qol: Nemanya Matiç, 35

Qırmızı vərəqə: Nemanya Matiç, 76

 

Xəbər xətti