"Lans" "Qarabağ"ın futbolçusunu almaqdan imtina etdi

15:34 - 30 Yanvar 2020

Fransanın "Lans" klubu qış transfer dönəmində "Qarabağ"ın müadafiəçisi Faysal Rerrasla maraqlanıb.

 

Sportal.az xəbər verir ki, II Liqa təmsilçisi mərakeşli cinah müdafiəçisini almaqadn imtina edib.

 

Klub daxilində keçirilən iclasda qərara alınıb ki, komandada sol cinahda oynayan futbolçular var.

 

Rerras 2019-cu ilin yayında “Qarabağ”la 2 illik müqavilə imzalayıb. O, ağdamlılarda 9 oyun keçirib və 1 qol vurub.

 

Xəbər xətti