Əmrə Mor Yunanıstan klubunda - rəsmi

12:00 - 1 Fevral 2020

"Qalatasaray"ın futbolçusu Əmrə Mor Yunanıstanın "Olimpiakos" klubuna keçib..

 

Sportal.az xəbər verir ki, Afina təmsilçisi 22 yaşlı vingeri müqavilə ilə məxsus olduğu "Selta"dan icarəyə götürüb.

 

"Olimpiakos" bu keçid üçün təzminat ödəməyib. Paytaxt təmsilçisi 6 milyon avro ödəyib, türk oyunçunun transfer hüququna sahib ola bilər.

 

Türkiyə millisinin üzvü "sarı-qırmızılar"da keçirdiyi 17 oyunda qol və assistlə yadda qalmayıb.

 

"Qalatasaray" Əmrə Moru 2019-cu ilin yayında "Selta"dan 600 min avro qarşlığında 1 illik icarəyə götürmüşdü. "Selta" isə 22 yaşlı vingeri 2017-ci ildə "Borussiya"dan 13 milyon avroya transfer etmişdi. 

Xəbər xətti