İdman TV - 11!

12:41 - 1 Fevral 2020

Bu gün Azərbaycanın ilk idman telekanalının yaranması günüdür. "İdman TV" 11 yaşını qeyd edir.

 

Sportal.az xəbər verir ki, telekanal 2009-cu ilin fevral ayının 1-də "İdman Azərbaycan" adı ilə tamaşaçıları ilə görüşə gəlib.

 

Avropanın bir çox aparıcı liqaları, dünya çempionatı, Olimpiya oyunları və digər nüfuzlu yarışlar "İdman TV"nin peşəkar şərhçilərinin vasitəsiylə doğma dilimizdə evimizə qədər gəlib.

 

Telekanal indi də dayanmadan inkişaf edir, təkcə idman meydanlarından və yarışlardan canlı yayımlarla deyil, müxtəlif maraqlı proqramlar, analitik verlişlərlə tamaşaçılarını sevindirir.

 

Həmkarlarımızı təbrik edir, onlara yeni uğurlar arzulayırıq.

Xəbər xətti