"Qalatasaray" "Kayserispor"u 4 qolla məğlub etdi - VİDEO

00:06 - 3 Fevral 2020

Türkiyə Super Liqasında 20-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray" evdə "Kayserispor"a 4:1 hesabı ilə qalib gəlib.

 

Çempionatda turnir cədvəlinə 41 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər" 39 xalla 2-ci, "Trabzonspor" 38 xalla 3-cü, "Alanyaspor" 38 xalla 4-cü, "Fənərbaxça" 37 xalla 5-ci, "Qalatasaray" 36 xalla 6-cıdır. "Kayserispor" 11 xalla sonuncu - 18-ci yerdə qərarlaşıb.

 

"Qalatasaray" - "Kayserispor" - 4:1

Qollar: Adəm Büyük, 5, Rayan Donk, 21, Fequli, 64, 90+4 - Meşanoviç, 69

 

Xəbər xətti