"İnter" Jirunu niyə transfer edə bilməyib?

17:48 - 3 Fevral 2020

"İnter"in direktoru Beppe Marotta "Çelsi"nin hücumçusu Olivye Jirunun transferindən imtina etmələrinin səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi hədəflərinə uyğun transferlər etdiklərini deyib:

 

"Çempionluq uğrunda bizə fayda verə biləcək Kristian Eriksenlə müqavilə imzaladıq. Hədəflərimizə uyğun transferlər reallaşdırdıq. Bununla komanda daxilindəki rəqabəti artırmış olduq. Yeni oyunçular səviyyəmizi irəli aparacaq. Olivye Jiru ilə danışıqlar aparmağımız doğru idi. İstədik, ancaq "Çelsi" bizimlə danışıq aparmadı".

 

33 yaşlı hücumçunun "Çelsi" ilə müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti