Şəhriyardan səhhəti ilə bağlı açıqlama

23:38 - 3 Fevral 2020

Şahmatçı Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilən “Gibraltar Masters” turnirində mübarizəni səhhətində yaranan problemə görə dayandırıb.

 

Sportal.az xəbər verir ki, Şəhriyar sosial şəbəkə hesabında allergik xəstəliyinə görə yarışı davam etdirə bilmədiyini bəyan edib:

 

“Təəssüflər olsun ki, Cəbəllütariqdə allergik xəstəlik keçirdim. Bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Təşkilatçılara minnətdaram. Artıq buranı tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə”.

Xəbər xətti