"Neftçi"nin futbolçusunun cəzası açıqlandı

13:07 - 4 Fevral 2020

İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olundu:

 

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 3 nömrəli oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın XV turunun “Qəbələ”  - “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Xəbər xətti