İtaliya klubunda baş məşqçi dəyişikliyi

18:52 - 4 Fevral 2020

İtaliyanın "Torino" klubu baş məşqçisi Valter Mazzarrini istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onu bu postda Moreno Lonqo əvəzləyib. 43 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Mazzarri 2018-ci ildən "Torino"nu çalışdırırdı. Turin təmsilçisi çempionatda 22 turdan sonra 27 xalla 12-cidir.

Xəbər xətti