"Qarabağ"ın istədiyi futbolçu ilə bağlı sərt qərar

23:23 - 4 Fevral 2020

Türkiyənin "Fənərbaxça" klubu qış transfer dönəmində "Qarabağ"ın maraqlandığı Alper Potukla bağlı sərt qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı yarımmüdafiəçini heyətdən kənarlaşdırıb. Alper Türkiyə Futbol Federasiyasına təqdim olunan heyətdən çıxarılıb.

 

Alper Potuk qışda "Qarabağ"la yanaşı, "Rizəspor"dan da təklif almışdı. Türkiyə millisinin üzvü 2013-cü ildə "Əskişəhərspor"dan "Fənərbaxça"ya keçib. Onun "sarı-lacıvərdlilər"lə 2022-ci ilin yayına qədər müqaviləsi var.

 

Xəbər xətti